“Bakı”nın paltardəyişmə otağındakı ŞOK: "Bəzi insanların səviyyəsi həddindən artıq aşağı düşüb"

“Bakı”nın paltardəyişmə otağındakı ŞOK: "Bəzi insanların səviyyəsi həddindən artıq aşağı düşüb"
13:32 6 Aprel 2015
52 İdman
Ölkə mətbuatı
A- A+

“Olan oldu, keçən keçdi. Artıq söhbət bağlanıb”.

Milli.Az xəbər verir ki, bu sözləri apasport.az saytına açıqlamasında “Bakı”nın futbolçusu Nurlan Novruzov deyib.
  
Topaz Premyer Liqasının XXVIII turunda “Qarabağ”la keçirilən görüşdən öncə “Bakı”nın düşərgəsində gərgin anlar baş verib. Bir müddət öncə icraçı-direktor postundan istefa verən Yaşar Seyidovun komandaya qayıtması birmənalı qarşılanmayıb. Seyidovun baş məşqçi İbrahim Uzuncanı istefaya göndərib, əvəzində Novruz Əzimovu komandanın “sükanı arxası”na gətirmək istəyi futbolçuların narazılığına səbəb olub.
  
Məsələ ilə bağlı əvvəlcə danışmaq istəməyən Novruzov sonradan olanlara aydınlıq gətirməyə razılaşıb. Bombardirlər sırasında yer alan gənc hücumçu bunları deyib: “Mətbuatda yazılanlar yalan deyil. Olanları hamı gördü. Bəzi insanların səviyyəsi həddindən artıq aşağı düşüb. Qarşılaşmadan öncə paltardəyişmə otağına girmək istəyirdik. Baxdıq ki, qapı açılmır, bağlıdır. Hamı çaş-baş qaldı ki, bu nə məsələdir? Sonra Yaşar Seyidov içəri girdi. Hamı şoka düşdü. Hələ bu harasıdır? Novruz Əzimov heyət qururdu, Qəhrəman Əliyev də orada idi. Axı bu necə ola bilər? Komandanın baş məşqçisi İbrahim Uzuncadır. O, ola-ola, sizin orada nə işiniz var idi?”
  
Novruzov bildirib ki, məsələ “Bakı”nın keçmiş vitse-prezidenti Zeynal Məmmədovun gəlişindən sonra həll olunub: “Zeynal müəllimin gəlməsi yaxşı oldu. Yaxşı ki, özünü çatdırdı, problemi həll etdi. Zeynal Məmmədov gəlməsəydi, heç kim “Qarabağ”la oyuna çıxmayacaqdı. Yaşar Seyidov maaşlarımızı gecikdirdiyi üçün belə edəcəkdik. O pulları Hafiz Məmmədov cibindən ödəyir. Əgər pul verilibsə, bizə niyə vermirsiz? Axı o, bizim haqqımızdır”.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/333059.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR