NATO dünyanın istənilən nöqtəsindən ballistik raket hücumuna cavab verməyə hazırdır.

Metbuat.az-ın məlumatına görə, Cənubi Koreyada səfərdə olan qurumun baş katibi Yens Stoltenberq bəyan edib ki, Alyans hər bir təhlükənin qarşısını almaq və ya ona cavab vermək gücündədir.

Stoltenberqin sözlərinə görə, Koreya Xalq Demokratik Respublikası Şimali Amerika və Avropanı məhv edə biləcək ballistik raketə sahibdir. Bununla belə, NATO mövcud durumda Şimali Koreyaya qarşı hərbi gücə deyil, diplomatik, iqtisadi və siyasi sanksiyalara üstünlük verilməsini məqsədəuyğun sayır.

Sübhan / METBUAT.az