Haqqında həbs qərarı çıxarılan eks Kataloniya lideri Karles Puçdemon İspaniyaya geri dönməyəcək.

Metbuat.az-ın məlumatına görə, bunu Puçdemonun vəkili Paul Bekaert Belçikanın ictimai televiziyasına açıqlamasında deyib: “Müvəkkilim və digər 4 nazir haqqında həbs qərarı verildiyini bilirəm. Ancaq müvəkkilim İspaniyaya geri dönməyəcək və Belçikadakı səlahiyyətlilərlə iş birliyi edəcək”.

Günay Elşadqızı \ METBUAT.AZ