Miqrantları aparan gəmi batdı

Miqrantları aparan gəmi batdı
15:32 6 Aprel 2015
54 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin Egey dənizi sahillərində göyərtəsində suriyalı qeyri-qanuni mühacirlər olan gəmi batıb.

Trend-in "Haber7" telekanalına istinadən verdiyi məlumata görə, gəmidə 20-dən çox miqrant olub. Onlardan 4-ü ölüb, 9 nəfər xilas edilib.

Hazırda itkin düşən digər mühacirlərin axtarışı davam etdirilir.

Xatırladaq ki, yanvarın 19-da Türkiyənin cənub-qərbində 330 suriyalını İtaliyaya aparmağa çalışan Toqo bayrağı altında üzən balıqçı gəmisi saxlanılmışdı. Bundan başqa, qeyri-qanuni olaraq suriyalı mühacirləri İtaliyaya aparmaqla məşğul olan 4 Türkiyə vətəndaşı həbs edilmişdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/333089.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR