Rusiyada daimi yaşamaq icazəsi almaq istəyən əcnəbilər üçün test imtahanları mürəkəbləşdirilib

15:58 6 Aprel 2015
346 Dünya
Ölkə mətbuatı
A- A+


Moskva, 6 aprel, AZƏRTAC 
Rusiyada daimi yaşamaq hüququ almaq istəyən əcnəbilər üçün rus dili, tarixi və hüququn əsaslarından test imtahanlarının mürəkkəbləşdirilmiş variantı hazırlanıb. Test müəlliflərinin sözlərinə görə, tarix və hüquq testlərinə daha 5 açıq sual əlavə olunub ki, bu sualların cavablarını əcnəbilər özləri yazmalıdırlar. Rusiyada daimi yaşamaq arzusunda olan əcnəbilər üçün leksik minimuma daha 1250 söz artırılacağı gözlənilir. Əmək miqrantları üçün bu rəqəm 950 söz təşkil edir. Yeni testlər iyulun 1-dən tətbiq ediləcək.
Hazırda işləmək üçün patent, müvəqqəti və daimi yaşamaq üçün icazə almaq şərtləri demək olar ki, eynidir. Lakin mütəxəssislərin fikrincə, bu kateqoriyaları bərabərləşdirmək olmaz və deməli, rus dili və tarixi sahəsində bilik səviyyəsinin qiymətləndirilməsi də fərqli olmalıdır.
Qeyd edək ki, bu il yanvarın 1-dən Rusiyada işləmək hüququ qazanmaq istəyən əcnəbilər rus dli və tarixindən, habelə hüququn əsaslarından imtahan verərək sertifikat almalıdırlar.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Rusiyada_daimi_yasamaq_icazesi_almaq_isteyen_ecnebiler_uchun_test_imtahanlari_murekeblesdirilib-843881

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR