Qvatemala cənub hissəsində 5,1 bal gücündə zəlzələ baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu haqda Avropa Aralıq dənizi seysmoloji mərkəzi xəbər verir.

Təkanlar yerli vaxtla saat 12.12-də qeydə alınıb. Zəlzələnin episentri Retaluleu şəhərindən 11 km cənubda, ölkənin paytaxtın Qvatemala şəhərindən 132 kilometr qərbdə olub. Ocağı 100 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Milli.Az

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin