Bir çox xəstəliyin dərmanı olan əvəlik şorbası

Metbuat.az vitamin dolu əvəlik şorbasının hazırlanma qaydasını təqdim edir:

Lazım olan ərzaqlar

2 ədəd soğan

200 qr mal əti

qurudulmuş əvəlik (ölçü istəyə görə)

1 stəkan maş lobya

2 stəkan un umacı

duz

istiot

Hazırlanma qaydası

Əvvəlcədən maş lobya və əvəlik ayrı-ayrı bişirilir. Sonra soğanı azca qovurub içinə xırda-xırda dogranmış ət vurulur. Üstünə qaynanmış su tökülür. Qaynayanda az-az umac əlavə edilir. Qapağı aralı qoyulur ki, daşmasın. Daha sonra bişmiş lobyavə əvəlik süzülür. Lobyanının üstündən iliq su axıdılır. Əvəlik isə sıxılır ki, acılığı şorbaya qarışmasın. Duz, istiot vurulur .Bir qədər də qaynayandan sonra şorba hazır olur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)