Belçika Federal Prokurorluğu Kataloniyanın sabiq lideri Karles Puçdemonun və keçmiş hökumət üzvləri Maria Aleu Serretu, Antoni Oliveres Comini, Lluis Gordi Puigi və Clara Obiolsun ifadələrini aldıqdan sonra şərti azadlığa buraxıb.
Metbuat.az-ın məlumatına görə, Prokurorluğun açıqlamasında bildirilir ki, həmin şəxslərin hakimin icazəsi olmadan Belçikanı tərk edə bilməzlər, daimi yaşayış ünvanları olmalıdır və məhkəmə və ya polis çağıranda mütləq getməlidilər.
Qeyd edək ki, İspaniya Milli Məhkəməsi, Kataloniya Muxtar Rəhbərliyinin tək tərəfli müstəqillik elanındakı iştiraklarına görə, dövlətə qarşı üsyan, qiyam və dövlət əmlakından sui-istifadədə günahlandırılan Puçdemon və 4 nazir haqqında Avropa səviyyəsində həbs qərarını rəsmi olaraq Belçika Federal Prokurorluğuna çatdırıb.
Günay Elşadqızı \ METBUAT.AZ