Səudiyyə Ərəbistanı Yəməndən edilən ballistik raket hücumlarına görə İranı ittiham edib.

Ölkə hakimiyyəti Kral Xalid Beynəlxalq Hava Limanına qarşı həyata keçirilən raket hücumunu müharibə elanı kimi qiymətləndiriləcəyini açıqlayıb.

Baş verən proseslərə münasibət bildirən hərbi jurnalist Ramil Məmmədli hər iki dövlətin hərbi güclərini müayisə edib:

“Səudiyyə Ərəbistanın döyüşdə iştirak edəcək əhalisinin sayı azdır. Hərbi sənaye kompleksi inkişaf etməyib. Bu ölkə daha çox satınalmalara üstünlük verir. Yəni, özü istehsalçı deyil. Buna baxmayaraq, Səudiyyə Ərəbistanı silah və texnika satınalmalarına görə dünyada liderliyi qoruyur. Onun milli hərbi texnika və silah satınalmalarının miqdarı bir neçə milyard dollardır. Hərbi-texniki bazası – müasir tipli zirehli tankları, artilleriya qurğuları, raket sistemləri var. Amma təcrübə göstərir ki, silah və texnika hər şeyi həll etmir”.

Hərbi jurnalist əlavə edib ki, İran 1979-cu ildən sonra öz hərbi sənaye kompleksini fomalaşdırır:

Müharibənin ayaq səsləri gəlir...

“Hava hücumundan müdafiə sistemləri, hərbi hava qüvvələri və raket sistemləri öz istehsalıdır. Bu sahədə Rusiya ilə əməkdaşlıq şəraitində fəaliyyət göstərir. İranın gəmi tikinti sənayesi də yaxşı inkişaf edib. Bu məsələdə müttəfiqləri ilə birlikdə layihələr həyata keçirir. İran müharibə edən ölkədir. İran ordusu 1979-cu ildən sonra İraq və hibrit müharibələrində iştirak edərək, öz müttəfiqlərinin, ideoloji baxımdan yaxın ölkələrin maraqlarını qorumaqla məşğuldur. İran ordusunun minlərlə hərbi qulluqçusu həm Suriya, həm İraq, həm də Yəməndəki hərbi əməliyyatlarda iştirak edir. Müqayisə üçün qeyd edim ki, Səudiyyə Ərəbistanının sonuncu dəfə hansı hərbi əməliyyatda genişmiqyasla iştirak etməsinin şahidi olmamışam. İran haqqında bunu söyləmək mümkün deyil. Digər tərəfdən, İran ideoloji dövlətdir. İdeoloji dövlətlər də hər zaman döyüş qabiliyyəti daha yüksək olur. Hər bir halda, bu müharibənin baş verməməsi üçün dünya dövlətləri lazımı tədbirlər həyata keçirəcəklər”.

Ramil Məmmədli qeyd edib ki, Səudiyyə Ərəbistanında baş verən bu hadisələrin İranla bağlı olması inandırıcı deyil:

Müharibənin ayaq səsləri gəlir...

“Ona görə ki, Səudiyyə Ərəbistanına rəhbərlik edən sülalənin hər biri kimliyindən asılı olmayaraq, İrana qarşı aqressiv münasibətdədir. Onların hakimiyyətə gəlməsi üçün İranla əməkdaşlıq etməsi ianndırıcı deyil. Hazırda Səudiyyə Ərəbistanı ilə İran müharibə vəziyyətindədir. İran Sudiyyə Ərəbistanı ilə hibrit müharibə aparır. Məsələ ilə bağlı birmənalı fikir söyləmək mükün deyil. Lakin Səudiyyə Ərəbistanında baş verənlərlə bağlı ölkənin kənarda axtarışları düzgün deyil. Çünki bu ölkədə baş verənlər sülalənin daxilində gedən proseslərdir”.

Bildirək ki, ballistik raket hücumu noyabrın 5-də həyata keçirilib. Məlumata görə, Səudiyyə Ərəbistanının havadan müdafiə üzrə anti-raket sistemi Ər-Riyad şəhərinin şimal-şərqində ballistik raketi zərərsizləşdirib. Hadisə zamanı xəsarət alan və dağıntı qeydə alınmayıb.

Xəyalə Məmmədova / METBUAT.AZ

Hava qeyri-sabit keçəcək - Leysan, qar yağacaq – OXUMAQ ÜÇÜN TIKLAYIN!