“Koreya Xalq Demokratik Respublikasına qarşı müharibə ABŞ üçün çox təhlükəli yoldur”.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitəsinin sədri Aleksey Puşkov deyib.

“ABŞ prezidenti Donald Tramp və Yaponiyanın baş naziri Sindzo Abe Koreya Xalq Demokratik Respublikası probleminin hərbi həllinin mümkünlüyü barədə danışdılar. Çox az adam bu məsələdə onları dəstəkləyəcək. Pxenyana təzyiq etmək mümkün olmayacaq. ABŞ Koreya Xalq Demokratik Respublikasına qarşı müharibəni hazırlamaqla çox təhlükəli yolla gedir. Pxenyanın cavabı əvvəlcədən məlumdur. Müharibə bəyanatlardan başlanır, sonra insanlar məhv olurlar”, - senator tvitter səhifəsində yazdı.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp hazırda cənubi-şərqi Asiya turnesi çərçivəsində Yaponiyadadır. Tramp Tokioda Yaponiyanın baş naziri Sindzo Abe ilə Koreya yarımadası ətrafında yaranan vəziyyəti müzakirə edib.

Donald Trampın keçmiş baş strateqi Stefan Bannon daha əvvəl xəbərdarlıq edib ki, Koreya Xalq Demokratik Respublikasına qarşı hər hansı hərbi hücumun ilk 30 dəqiqəsində Seulda 10 milyon insan həyatını itirə bilər.

Ekspertlərin qiymətləndirmələrinə görə, Pxenyan ballistik raketlər üçün 25 nüvə başlığına malikdir və onları Cənubi Koreya və Yaponiyaya qarşı istifadə edəcək. Eyni zamanda, döyüş başlıqlarının gücü də müəyyən edilib - 15-dən 250 kilotona qədər.

Avqustun əvvəlində ABŞ-ın “Bloomberg” nəşri KXDR ilə müharibənin necə görünəcəyinə dair məqalə dərc edib.

Birinci sual bundan ibarətdir ki, ABŞ önləyici zərbə vuraraq KXDR raket komplekslərinin hamısını birdən sıradan çıxara biləcəkmi? Bu, mümkün deyil, çünki onlar səpələnib və ölkənin bütün dağlıq ərazisi üzrə gizlədilib. Xüsusi halda, Şimali Koreya təbliğatı ilə yaxın vaxtlarda da təsdiq edildi ki, raket şaxtaları və kompleksləri tunellərdə gizlədilib.

Mümkün ssenariyə görə, KXDR-in salamat qalmış raket sistemləri ilə Seul (Cənubi Koreya paytaxtı, 10 milyon əhalisi var), Tokio (Yaponiyanın paytaxtı, 38 milyon əhalisi var), həmçinin Yaponiya, Cənubi Koreya və Quam adasında yerləşən bazalardakı on minlərlə Amerika hərbçisi vurulacaq.

“ABŞ üçün çox təhlükəli...” - Mosvadan Trampa MÜHARİBƏ XƏBƏRDARLIĞI

48 milyon insan eyni anda məhv olacaq - QORXUNC SSENARİLƏR