​Türkiyədə bəzi sosial şəbəkələrə giriş məhdudlaşdırılıb

​Türkiyədə bəzi sosial şəbəkələrə giriş məhdudlaşdırılıb
16:42 6 Aprel 2015
68 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 6 aprel. REPORT.AZ/ Türkiyə Baş Prokuroluğunun qərarı ilə "twitter" və "youtube" sosial şəbəkələrinə giriş məhdudlaşdırılıb.
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu İnternet Provayderlər Birliyinin sədri Bülənt Kent bildirib.
Onun sözlərinə görə, martın 30-da İstanbul prokuroru Mehmet Selim Kirazın girov götürülməsi ilə bağlı məlumatı yayan bəzi linklərə məhdudiyyət qoyulub.
Qurumun başçısı bildirib ki, Baş Prokurorluqdan məhdudiyyətin tətbiqi haqda onlara yazılı göstəriş verilib.
Bülənt Kentin sözlərinə görə, İnternet Provayderlər Birliyinin qərarı ilə "TTNET", "Türkcell", "Superonline", "Avea" və başqa provayderlərə giriş məhdudiyyətlərinin tətbiqi gözlənilir.
İnformasiya texnologiyaları və kommunikasiya naziri Tayfun Acarer məsələyə dair açıqlamasında bildirib ki, "facebook" sosial şəbəkəsi prokurorun girov götürülməsinə həsr olunan mövzuları aradan qaldırdığı üçün ona tətbiq edilən yasaq ləğv olunub.
Xatırladaq ki, terrorçular İstanbul prokuroru Mehmet Selim Kirazı vəzifəsini icra edərkən girov götürdükdən sonra qətlə yetiriblər. 

Xəbərin orijinal ünvanı: http://report.az/region/turkiyede-bezi-sosial-sebekelere-giris-mehdudi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR