“Azəryolservis”: 20 yanvar dairəsində aparılan işlər qısa müddətdə başa çatacaq - FOTO

“Azəryolservis”: 20 yanvar dairəsində aparılan işlər qısa müddətdə başa çatacaq - FOTO
17:52 6 Aprel 2015
Ölkə mətbuatı
A- A+

[ 06 Aprel 2015 17:48 ]


Bakı. Vüsal Nəbiyev - APA-Economics. Bakının 20 yanvar dairəsi adlanan ərazisində genişləndirilən hissədə işlərin böyük hissəsi görülüb.

 

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-dən “APA-Economics”ə verilən məlumata görə, təhlükəsizlik adaları kiçildilərək yolun hərəkət hissəsi genişləndirilib, mərmər səki daşları quraşdırılıb.

 

Hazırda təhlükəsizlik adası adlanan hissəyə tamet daşı düzülür. Genişləndirilən əraziyə asfalt-beton örtük də döşənib.

 

Bundan əlavə, 3 mikrorayon dairəsindən 20 yanvar istiqamətinə köməkçi hissədə asfalt-beton örtük yenilənir.

 

İşlərin qısa bir müddətdə başa çatdırılması gözlənilir.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/378597

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR