1949-cu il fevralın 25-də Azərbaycan neftçiləri dünyada ilk dəfə olaraq, dənizin dibindən sənaye məqsədilə karbohidrogenləri əldə etməklə öz tarixində yeni səhifə açıblar.
Metbuat.az-ın məlumatına görə, həmin gün "Neft Daşları" yatağının 1939 metr dərinliyindən Xəzər nefti fəvvarə verib. Hələ XIX əsrin əvvələrində (1798-cu ildə) Xəzər dənizindən (Bibi-Heybət) ilk neft alınıb. Ancaq sənaye istehsalı yalnız 1925-ci ildə başlanıb. Bakı buxtasında dənizin bir neçə metr dərinliyində və ağac dirəklərin üstündə yerləşən cəmi bir quyu qazılıb.
7 noyabr 1949-cu ildə "Neft Daşları"nda 942 m dərinlikli 1№-li quyu (Qala lay dəstəsindən) gündə 100 t hasilatla istismara daxil olub və dənizdə neftçıxarmanın əsasını qoyub. Yataq üzrə ilk geoloq Ağa Qurban Əliyev olub.
Sosialist Əməyi Qəhrəmanı, əfsanəvi Mixail Kaveroçkin 1949-cu il noyabrın 7-də neft verən ilk quyunu həmin bu sahədə qazıb. "Neft Daşları"nı fəth edənlərin bir çoxu 1951-ci ildə birinci dərəcəli SSRİ Dövlət mükafatına layiq görülüblər.
Günay Elşadqızı \ METBUAT.AZ