Almaniya polisin antiterror bölmələrini möhkəmləndirir

Almaniya polisin antiterror bölmələrini möhkəmləndirir
18:18 6 Aprel 2015
48 Dünya
Ölkə mətbuatı
A- A+


Berlin, 6 aprel, AZƏRTAC
Almaniyanın daxili işlər naziri Tomas de Mezyer ölkədə nəşr olunan “Bild” qəzetinə müsahibəsində bildirib ki, alman polisinin antiterror bölmələrinin heyətini çox mühüm tamamlama gözləyir. Onun sözlərinə görə, 2015-ci ildə alman təhlükəsizlik orqanlarında ştat vahidi 400-dən çox artacaq. Bir il sonra hüquq mühafizə orqanları əməkdaşlarının sayı daha 350 nəfər artacaq. Bundan əlavə, 2016-cı ildə Konstitusiyanın Müdafiəsi üzrə Federal İdarə və alman cinayət polisi işə hər biri 200 olmaqla yeni əməkdaş götürəcək.
De Mezyer əlavə edib ki, hüquq mühafizə orqanları sıralarının möhkəmləndirilməsi ölkədə terror aktları təhlükəsinin artması ilə əlaqədardır. O, hazırda Almaniyada 280 potensial terrorçunun yaşadığı barədə məlumat verib. Nazirin sözlərinə görə, Parisdəki hücum ekstremistlərin yeni taktikasını göstərdi, indi “onlar eyni vaxtda bir neçə yerdə, ən pis hallarda isə – bir neçə gün ərzində fəaliyyət göstərirlər”. De Mezyer qeyd edib ki, terrora qarşı əks təsir üçün “polisin güclü xüsusi bölmələri” lazımdır. Nazir onu da vurğulayıb ki, xüsusi təyinatlı polis “antiterror fəaliyyəti üçün məxsusi təlim görməli və xüsusi təchizata malik olmalıdır”. Bu baxımdan xüsusi bölmə döyüşçülərinin davamlılığı artırılmış güllə keçirməyən jiletləri olmalıdır.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Almaniya_polisin_antiterror_bolmelerini_mohkemlendirir-843956

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR