Tanınmış müğənni İbrahim Borçalı canlı yayımı yarımçıq tərk edib.

Metbuat.az-ın "Məşhur qonaq" rubrikasında "Facebook" istifadəçilərinin suallarını cavablandıran müğənni əsəbiləşib. O, həmkarlarının onun paxıllığını çəkdiyi söyləyib:

Müğənni ifa etdiyi mahnıların həmkarı Üzeyir Mehdizadənin janrına bənzədildiyini eşitdikdə, əsəblərini cilovlaya bilməyib:

“Mən 17 ildi səhnədəyəm. Dünənin uşağı ilə məni bir tutmayın. Onun adını mənim adımın yanında çəkməyin”.

Müğənni bundan sonra canlı yayımın kəsilməsini istəyib və studiyanı tərk edib.

Bununla əlaqəli müğənni Üzeyir Mehdizadə ilə əlaqə saxladıq. O bildirdi ki adı gedən müğənni ilə heç bir problem yaşamadığını bildirib:

“Bilmirəm niyə o cür reakiya verib. Mənimlə heç bir problemi olmayıb. Elə olur təyyarədə rastlaşırıq xoş əhvalla qarşılayır. Yəni münasibətimiz yaxşıdır. Mən bilmirdim ki, onun məndən zəhləsi gedir.”

İbrahim Borçalı canlı yayımda əsəbləşdi VİDEO - Oxumaq üçün tıkla