Gənc musiqiçilərimizin uğurları

Gənc musiqiçilərimizin uğurları
21:08 6 Aprel 2015
Ölkə mətbuatı
A- A+


Bak, 6 aprel, AZƏRTAC
Bakı şəhər G.Şaroyev adına 35 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi Həşim Həşimov Almaniyanın Muehlaker şəhərində keçirilmiş “Baden-Vürtemberqdə musiqili atəşfəşanlıq” adlı Beynəlxalq müsabiqədə ikinci dərəcəli diploma layiq görülüb.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, gənc pianoçu bu il habelə Serbiyanın Belqrad şəhərində keçirilmiş “Davorin Jenko” adına Gənc pianoçuların Beynəlxalq müsabiqəsində də böyük uğurla iştirak edərək birinci dərəcəli diplomla təltif olunub.
Eyni zamanda məktəbin bəstəkarlıq ixtisası üzrə şagirdi Arzu Abbasovanın skripka və fortepiano üçün yazılmış “Dalğaların rəqsi” (Dance of the waves) əsəri Nyu-York şəhərində keçirilən gənc qadın bəstəkarların müsabiqəsində mükafata layiq görülüb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Genc_musiqichilerimizin_ugurlari-844045

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR