Pəhrizdə olanlar üçün şirniyyat

Pəhriz saxladığınız üçün şirniyyatdan uzaq durursunuz?

Metbuat.az bunu nəzərə alaraq hazırlanması asan, kalorisi az şirniyyat resepti təqdim edir.

Lazım olan ərzaqlar:

1 stəkan un

4 stəkan azyağlı süd

1 şorba qaşığı marqarin

1 çay qaşığı darçın

9 şorba qaşığı dadlandırıcı toz

Hazırlanması:

Südlə unu mikserlə qarışdırın. Ocaqda bişirin. Bişməyə yaxın marqarin əlavə edin. Şirniyyat ilıqlandıqdan sonar dadlandırıcı toz əlavə edib 15 dəqiqə mikserlə çırpın. Bu qarışığı şüşə qaba qoyun. Servis etməzdən əvvəl darçın ya da mövsüm meyvələri ilə bəzəyin.

Nuş olsun!

Aysel Yaqubqızı / Metbuat.az

Mövsümün ən dadlı salatı - RESEPT


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)