​Federasiya Bayraq Gününü qeyd etdi

Azərbaycan Ağır Atletika Federasiyası (AAAF) dövlət əhəmiyyətli günləri qeyd etməkdə davam edir. Onlardan biri də bu gün – 9 noyabr tarixində Bayraq Günündə baş tutub.

Metbuat.az bildirir ki, Federasiyanın akademiyası olan "Zirvə Liseyi"nin şagirdləri və rəhbərlik Xırdalan şəhərindəki "Heydər Əliyev Parkı"nda yerləşən Bayraq Meydanına baş çəkiblər. Burada yeniyetmə atletlərə Bayraq Günü haqqında məlumat verilib, bayrağın müqəddəsliyi barədə danışılıb. Daha sonra bütün heyət Ümummilli lider Heydər Əliyevin heykəli önündə şəkil çəkdirib.

Bununla yanaşı, tədbir zamanı Azərbaycan Gənclər və İdman Nazirliyi tərəfindən beynəlxalq yarışlardakı uğurlu çıxışlarına görə ağır atletika üzrə idman ustası adına layiq görülən iki atletimiz – Elməddin Hüseynov və Füqan Əliyev fərqləndirilib. Baş katib onlara İdman Ustası kitabçası və döş nişanını təqdim edib. Onlara uğurlar arzulanıb və gələcəkdə də Azərbaycanı, onun bayrağını beynəlxalq yarışlarda layiqincə təmsil etməyə davam etmələrinə inam ifadə edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR