Salyanda ağır yol qəzası: 4 nəfər xəsarət aldı

Salyanda baş vermiş yol qəzasında 4 nəfər xəsaət alıb.

Hadisə Ələt-Astara magistral yolunun şəhər ərazisindən keçən hissəsində, “Ay işığı” ticarət obyektinin qarşısında qeydə alınınb.

Belə ki, Arbatan kənd sakini, 47 yaşlı Taleh Əsgərxan oğlu Bağırova məxsus “QAZ-21” markalı avtomobili idarə edən Şirməmməd Hüseynqulu oğlu Hüseynov hərəkətdə olarkən Salyan şəhər sakini, 24 yaşlı Əli İsmayıl oğlu Tarıverdiyevin idarə etdiyi “VAZ-2109” markalı avtomobillə toqquşub. Nəticədə hər iki avtomobilin sürücüsü və avtomobillərdə olan Salyan şəhər sakinləri, 20 yaşlı İlkin Əlişah oğlu Əsgərov, 26 yaşlı Vüsal Vüqar oğlu Mehdiyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. İlkin tibbi yardım göstərildikdən sonra onlar ambulator müalicəyə göndərilib.

Faktla bağlı araşdırma aparılır. //Report

Gerçək yadplanetlinin görüntüləri yayıldı - VİDEO - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR