​Dövlət Bayrağı Günü qeyd olundu

Azərbaycan Dövlət Musiqili Teatrında 9 Noyabr Dövlət Bayrağı Günü Mirzə Fətəli Axundzadənin “Hacı Qara” komediyasının premyerası ilə qeyd olunub.

Metbuat.az bildirir ki, tamaşanın nümayişindən əvvəl Dövlət Musiqili Teatrının əməkdaşı, Əməkdar mədəniyyət işçisi Telli Pənahqızı çıxış edib. T. Pənahqızının təklifi ilə öncə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin işıqlı xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Dövlət Bayrağı Günündə Musiqili Teatrın 108-ci mövsümünün növbəti premyerası kimi tarixə düşən Mirzə Fətəli Axundzadənin “Hacı Qara” komediyası tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru Azərbaycan Respublikasının Əməkdar artisti Loğman Kərimovdur. Rəqslərin quruluşu Hüseyn Əliliyə məxsusdur. Rolları Məhərrəm Qurbanov, Əliməmməd Novruzov, Nicat Əli, Hüseyn Əlili, Gülnarə Əzizova, Əmrah Dadaşov, Elnarə Nağdəliyeva və Ruslan Mürsəlov ifa ediblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR