Misirdə partlayış: 5 yaralı

Misirdə partlayış: 5 yaralı
23:59 6 Aprel 2015
48 Dünya
Ölkə mətbuatı
A- A+

Misirin cənubunda törədilən partlayış nəticəsində azı 5 nəfər xəsarət alıb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, insident Asuan şəhərində qeydə alınıb.

 

Məlumata əsasən, əldəqayırma partlayıcı qurğu şəhər stadionunun yaxınlığında işə düşüb. Yaralananlardan birinin uşaq olduğu bildirilir.

 

Qeyd edək ki, aprelin 5-də paytaxt Qahirədə törədilmiş partlayış nəticəsində bir polis əməkdaşı ölmüş, daha 2 nəfər yaralanmışdı.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/198429

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR