Nikahı pozulmuş valideynlər uşaqlarını saxlamaq üçün müəyyən məbləğdə pul ödəməyə borcludurlar. Həmin pul aliment adlanır.
Alimentin ödənilməsinə nə zaman xitam verilə bilər?
Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən hüquqşünas Asif Abdullayev məhkəmə qaydasında tutulan alimentin ödənilməsinin hansı hallarda dayana biləcəyi barədə məlumat verib:
“ - Uşaq yetkinlik yaşına çatdıqda və ya yetkinlik yaşına çatmamış tam fəaliyyət qabiliyyəti əldə etdikdə;
- Aliment ödənilən uşaq övladlığa götürüldükdə;
- Aliment alan şəxsin maddi yardıma ehtiyacının ödənildiyi və ya əmək qabiliyyətinin bərpa olunduğu məhkəmə tərəfindən müəyyən olunduqda;
- Aliment alan şəxs və ya aliment ödəyən şəxs öldükdə;
- Əmək qabiliyyəti olmayan və ya ehtiyacı olan aliment alan ər və ya arvad yeni nikaha daxil olduqda”.
Avtobus sürücüsü sükan arxasında telefonla oynadı – VİDEO – Oxumaq üçün tıklayın!