Rusiyada binada baş verən faciədə ölənlərin sayı 6 nəfərə çatdı

Rusiyanın İjevsk şəhərində 9 mərtəbəli yaşayış binasının 1 blokunun çökməsi nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb.

Metbuat.az-ın məlumatına görə, xəstəxanada müalicə alan 3 sakinin vəziyyəti isə ağırdır. Dağıntılar altında daha 2 nəfərin qaldığı güman edilir. Onların tapılması üçün axtarışlar davam edir.

Xatırladaq ki, ötən gün qaz sızması nəticəsində binada güclü partlayış baş verib. Nəticədə tikilinin 1 bloku tamamilə çöküb.

Sübhan / METBUAT.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR