"Tramp dünya miqyasında qeyri-sabitlik yaradır" -

Almaniyanın Xarici İşlər Naziri Ziqmar Qabriel ABŞ prezidenti Donald Trampı dünya miqyasında qeyri-sabitlik yaratmaqda ittiham edib.

Metbuat.az-ın məlumatına görə, o yerli telekanlların birində təşkil olunmuş dəyirmi masada bildirib ki, “Ağ ev” rəhbəri müvəqqəti anlaşmalara ikili siyasət yürüdür. “Biz elə bir şəraitdə yaşayırıq ki, nə “böyük 20-lik”, nə “böyük 7-lik” barədə danışa bilirik” deyən alman diplomat, hazırda iki nəhəng dövlətin dünya düzəni qurmağa çalışdığını bildirib.

Qabriel əlavə edib ki, Birləşmiş Ştatların xarici siyasəti 2-ci Dünya müharibəsindən sonra formalaşmış Amerika ənənələrinə uyğyn deyil:

“İndi xarici siyasət daxili maraqlardan asılıdır”.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR