Səudiyyə Ərəbistanı hava hücumu etdi

Səudiyyə Ərəbistanı gecə saatlarında İranın dəstəklədiyi Husilərin nəzarətində olan Yəmənin paytaxt Sənaya hava hücumu təşkil edib.

Metbuat.az-ın məlumatına görə, hadisə zamanı Müdafiə Nazirlinin binası və ətrafdakı evlər bombardman olub.

“Reuters” agentliyi səhər saatlarında hadisə yerindən fotolar paylaşıb. İnsanlar bombalanan binaların ətrafına toplaşıb.

Livanda isə Səudiyyə Ərəbistanı vətəndaşı qaçırılıb. Ölkənin Daxili İşlər Nazirliyinin açıqlamasına görə, qaçırılan şəxs 1985-ci il təvəllüdlü Əli əl-Bəşravidir. O, evinə getdiyi yerdə qaçırılıb.

Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn vətəndaşlarına hazırda Livana getməməklə bağlı çağırış edib.

Qeyd edək ki, baş nazir Səəd Həririnin istefa verdikdən sonra Livana geri dönməməsi Beyrut və Ər-Riyad rəhbərlikləri arasında gərginlik yaradıb.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR