Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi A-Qroup sığorta şirkətinin səhmlərini dövlət qeydiyyatına alıb

03:53 7 Aprel 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 7 aprel, AZƏRTAC
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi A-Qroup sığorta şirkəti ASC-nin səhmlərinin buraxılışını dövlət qeydiyyatına alıb.
Komitədən AZƏRTAC-a bildiriblər ki, qapalı yerləşdirmə üsulu ilə yerləşdirilən 7750 adi, sənədsiz, adlı səhmlərin hər birinin nominal dəyəri 1033 manat təşkil edir. Səhmlər ASC-nin hər birinin nominal dəyəri 943 manat olan 7750 adi, adlı, sənədsiz səhmlərinə konvertasiya yolu ilə yerləşdiriləcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qiymetli_Kagizlar_uzre_Dovlet_Komitesi_A_Qroup_sigorta_sirketinin_sehmlerini_dovlet_qeydiyyatina_alib-844107

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR