SON DƏQİQƏ: Yaxın saatlarda bölgədə 7,5 gücündə növbəti zəlzələ olacaq

İran-İraq sərhədində baş verən zəlzələ yenidən təkrar olunacaq.

Metbuat.az xəbər verir ki, bu haqda türkiyəli Tuncay Taymaz proqnoz verib. Professor bildirib ki, İraqdakı zəlzələ nəticəsində 100-150 km uzunluğundakı seysmik tava böyük ehtimalla qırılıb. Bu isə yaxın 72 saat ərzində bölgədə gücü 7.5 bala qədər olan növbəti zəlzələnin ola biləcəyindən xəbər verir.

Qeyd edək ki, bölgədə daha bir təbii fəlakət olarsa, Azərbaycan və Türkiyə üçün də təhlükəli vəziyyət yarana bilər.

Sərdar Məmmədov / Metbuat.az

Güclü zəlzələ ağır fəsadlara yol açdı - Bir neçə bina çöküb - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR