"Report" AP-yə istinadən xəbər verir ki, içərisində yanacaq materialları olan çənlər, eləcə də bir qrup sərnişin daşıyan qatar dağa qalxan zaman relsdən çıxıb. Qatar yarğana düşdükdən sonra çənlər yanmağa başlayıb.
Milli dəmir yolu şirkətinin nümayəndəsi bildirib ki, yük qatarı ilə insanların daşınması qanunsuz olub.
Hadisə Lubumbaşi-Luena dəmir yolu marşrutunda baş verib.