"Nigar Camal da axır vaxtlar qalmaqallarda iştirak edir”. Lent.az-ın məlumatına görə, bu sözləri prodüser Tolik (Tarix Əliyev) “Hər şey daxil” verilişində deyib. O bildirib ki, N.Camal zaman-zaman lazımsız qalmaqallarda olur: “İstər sosial, istər digər qalmaqal olsun... Bir də görürsən bayağı mahnılardan danışır. Bu, onun girəcəyi kol deyil. Elə adamlar ona cavab verər ki... Deyərlər, “Sənin oxuduğun bizə yox, Biləcəridən o yandakılara lazımdır". Nigar da hərdən özünü yersiz qalmaqallara salır”.

Tolik Nigar Camalı tənqid etdi: "Lazımsız qalmaqallarda olur"