Türkiyə Daxili İşlər Nazirliyi son bir həftə ərzində keçirdikləri terrorla mübarizə əməliyyatları haqqında açıqlama yayıb.

Metbuat.az-ın məlumatına görə, əməliyyatlar zamanı 38 terrorçu zərərsizləşdirilib, axtarışda olan təhlükəli terrorçu Musa Koçali Bala isə yaralı olaraq yaxalanıb.

Ümumlikdə, keçirilən 456 əməliyyatda 4959 nəfər tutulub.

Terror təşkilatına dəstək verməkdə günahlandırılan 1167 nəfər də saxlanılıb. Tutulanlardan 176-nın PKK/KCK, 586-nın FƏTÖ, 396-nın İŞİD, 15-nin isə digər təşkilatlarla bağlantılı olduğu ehtimal edilir.

Bundan əlavə, PKK terror təşkilatının qışa hazırlığını ləğv etmək üçün 23 sentyabr-12 noyabr tarixləri arasında 12 günlük əməliyyat həyata keçirilib. Bunun nəticəsində, 146 sığınacaq, 12 mağara və 3 anbarda çoxlu sayda dərman və yaşamaq üçün lazım olan başqa ləvazimatlar aşkarlanaraq götürülüb. Narkotiklə mübarizə və insan alveri ilə bağlı əməliyyatlarda da davam edir. 77 bölgədə keçirilən 27896 əməliyyat zamanı 3682 adam tutulub.

Günay Elşadqızı \ METBUAT.AZ