Ev üsulu ilə "Kapuççino" hazırlayın

Havalar soyuduqca isti qəhvənin yeri ayrıdır.

Metbuat.az bu dəfə üv üsulu ilə "Kapuççino"nun hazırlanma qaydasını təqdim edəcək.

Tərkibi:

1 qəhvə fincanı süd

1 çay qaşığı şəkər tozu

1 çay qaşığı qəhvə (nescafe)

Sürtgəcdən keçirilmiş acı şokolad

Hazırlanmasına gəldikdə, südü qaynadın. Köpüklənəndə götürüb fincana əlavə edin. Üzərinə “Nescafe”, şəkər tozu əlavə edib qarışdırın. Daha sonra sürtgəcdən keçirdiyiniz şokoladları tökün.

Nuş olsun!

Ev şəraitində lahmacunun hazırlanması - RESEPT


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)