Bakı. 13 noyabr. REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarov Bolqarıstanın Azərbaycandakı səfiri Maya Xristovanı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
"Report"a XİN-dən verilən məlumata görə, görüş zamanı iki ölkə arasındakı əməkdaşlığın hərtərəfli inkişafından və yüksək səviyyəli qarşılıqlı səfərlərdən məmnunluq ifadə olundu.
Nazir Elmar Məmmədyarov səfir Maya Xristovanın diplomatik fəaliyyəti müddətində ölkələrimiz arasında dostluq və əməkdaşlığın inkişafı naminə səylərini yüksək qiymətləndirdi. O əlavə etdi ki, Bakı-Tbilisi-Qars dəmir yol xəttinin işə düşməsi ölkələrimiz arasında əməkdaşlıq üçün yeni əlverişli imkanlar açır.

Səfir Maya Xristova diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib və iki ölkə arasında dostluq əlaqələrinin inkişafı üçün səylərini əsirgəmədiyini vurğulayıb.
Nazir Elmar Məmmədyarov səfir M.Xristovaya gələcək fəaliyyətində uğurlar arzulayıb.