İrana yeni sanksiya xəbəri

İrana yeni sanksiya xəbəri
11:06 7 Aprel 2015
34 Dünya
Ölkə mətbuatı
A- A+

Tehranla bu il iyunun 30-dək dünyanın altı dövləti arasında yekun nüvə razılaşması əldə olunarsa, İrana iqtisadi sanksiyalar tədricən aradan qaldırılacaq.

ANS PRESS-in məlumatına görə, bu barədə ABŞ hökuməti açıqlama verib.

Ağ evin sözçüsü Josh Earnest deyib ki, Vaşinqton tələbini İran nümayəndələrinə aydın şəkildə çatdırıb. Tehrana sanksiyalar yekun sazişdən sonra müxtəlif mərhələlərlə aradan götürüləcək. Bununla bağlı detallar hələ müzakirə olunur.

İran tərəfi isə məsələyə ehtiyatla yanaşırlar: "Yekun saziş imzalanan kimi İrana qarşı ABŞ, Avropa İttifaqı və BMT-nin sanksiyaları birdəfəlik aradan qaldırılacaq."

Xatırladaq ki, İranın nüvə proqramına dair çərçivə sazişi bu il aprelin 2-də İsveçrənin Lozanna şəhərində imzalanıb.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=336336

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR