Livanın Baş naziri yaxın iki gün ərzində

Livanın istefa verən Baş naziri Səəd Həriri yaxın iki gün ərzində Beyruta qayıdacaq.

Metbuat.az xəbər verir ki, Həriri bu barədə özünün “Twitter” səhifəsində yazıb. “Hər şey yaxşıdır, iki gündən sonra Livana qayıdacağıma ümid edirəm. Ailəm öz vətənləri Səudiyyə Ərəbistanında qalacaq”, - deyə Hariri qeyd edib. O, həmçinin livanlıları “sakit olmağa” çağırıb.

Xatırladaq ki, Livanın Baş naziri noyabrın 3-də Səudiyyə Ərəbistanına səfərə gedib və orada gözlənilmədən öz postundan istefa verdiyini elan edib.

Haririnin istefasını hələlik rəsmən təsdiqləməyən Livan Prezidenti Mişel Aun, bəzi siyasətçilər və müşahidəçilər onun “Hizbullah” hərəkatının mövqeyinin gücləndiyi Livandakı vəziyyətdən narazı olan Səudiyyə Ərəbistanı rəhbərliyi tərəfindən Ər-Riyadda zorla saxlanıldığını güman edirdilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR