Amerikalı hərbçilər Suriyadan nə vaxt çıxacaq? -

"Suriya üzrə Cenevrə danışıqlarında yekun nəticə əldə olunana qədər amerikalı hərbçilər bu ölkədən çıxmayacaq".

Metbuat.az-ın məlumatına görə, ABŞ-ın Müdafiə naziri Ceyms Mettis belə açıqlama verib. O bildirib ki, Cenevrə müzakirələrinin nəticələrinə uyğun olaraq, Vaşinqton Suriya ilə bağlı yeni yol xəritəsi hazırlayacaq.

Pentaqon rəhbərinin sözlərinə görə, böhranın siyasi həll yolu və ondan sonrakı proseslərin müəyyənləşdirilməsi BMT-nin himayəsindəki Cenevrə danışıqlarından keçir.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR