Futbol üzrə Cənubi Afrika Respublikası (CAR) yığma komandası DÇ-2018-in seçmə mərhələsi çərçivəsində sonuncu matçını keçirib.
Milli.Az komanda.az-a istinadən xəbər verir ki, "Qarabağ"ın hücumçusu Dino Ndlovunun formasını geyindiyi bu komanda D qrupunun son turu çərçivəsində səfərdə lider Seneqalla qarşılaşıb. Üç qolun qeydə alındığı görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Dino bu oyunun iştirakçısı olmayıb. O, Seneqalla evdəki oyunda olduğu kimi, cavab görüşündə də sonadək ehtiyatda qalıb.
Onun komandası isə seçmə mərhələni 4 xalla 4 komanda arasında sonuncu pillədə başa vurub.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində