Tərtər və Ağstafada ev yandı

Tərtər rayonu, Bayandur kəndində ümumi sahəsi 24 kv.m olan birmərtəbəli birotaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın söndürülüb.

Daha bir yanğın hadisəsi isə Ağstafa rayonunda qeydə alınıb. Rayonun Qarahəsənli kəndində ümumi sahəsi 120 kv.m olan birmərtəbəli 4 otaqlı evin mətbəxinin yanar konstruksiyalari və ev əşyaları 12 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın söndürülüb.

Neftimiz ucuzlaşmaqda davam edir - Son qiyməti - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR