Play Store

Ceyranbatan: Məktəbdəki dava ilə bağlı SON MƏLUMAT - Nə baş verib?

Ceyranbatan qəsəbəsində yerləşən 1 saylı orta məktəbdə xadimə ölümü ilə nəticələnən şagirdlər arasındakı dava ilə bağlı yeni xəbər var.

Metbuat.az bildirir ki, sözügedən məktəbdən hadisənin baş verdiyini təsdiq ediblər. Lakin əlavə məlumat veriləməyib.

Qeyd edək ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən 1 saylı orta məktəbdə şagirdlər arasında dava düşüb.

Şagirdləri ayırmaq istəyən məktəbin xadiməsi, 45 yaşlı Sevda Nəzəriyevaya davada iştirak edənlərdən birinin təpiyi dəyib. O, Sumqayıt Şəhər Xəstəxanasına yerləşdirilib. Ciyər və dalaq nahiyəsindən xəsərətlər alan xadimə əməliyyat masasında ölüb.

Faktla bağlı araşdırma aparılır.

Xəyalə Məmmədova / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR