Azərbaycanda zəlzələ təhlükəsi sovuşmayıb

Ötən gecə Azərbaycan ərazisində baş verən zəlzələ ilə bağlı rəsmi məlumat yayılıb.

Bununla bağlı "Report"a açıqlama verən Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı bildirib ki, zəlzələnin proqnozunu əvvəlcədən vermək olmur:

"Noyabrın 15-də yerli vaxtla saat 23:48-də Ağdam ərazisində qeydə alınan 6 bal gücündə zəlzələnin avtoşokları hələ davam edir. Afterşoklar davam etdiyinə görə hələ onların sayını deyə bilmərik. Afterşokların çoxu hiss olunmur, yəni 3 bala yaxın olur".

Sözçü qeyd edib ki, zəlzələnin afterşokları bir neçə gün, hətta bir ay da davam edə bilər:

"Dünən olan zəlzələ güclü zəlzələdir. Amma dağıdıcı xarakterli zəlzələ deyildi. Tikinti qaydalarına riayət olunmayan tikililərdə dağıntı olması təbiidir. Azərbaycan seysmik zonada yerləşir, daim ölkə ərazisində təkanların olması normaldır".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR