ZƏLZƏLƏ: 71 nəfər xəstəxanaya müraciət edib - SON MƏLUMAT

Ötən gecə Mingəçevir şəhərində baş verən zəlzələ ilə bağlı Təcili Tibbi Yardım Stansiyasına 71 müraciət daxil olub.

Bununla bağlı Metbuat.az-a Mingəçevir Şəhər Təcili Tibbi Yardım Stansiyasından məlumat verilib.

Bildirilib ki, dünən saat 23:50-dən səhərə kimi stansiyaya 71 çağırış daxil olub. Xəstəxanaya əsasən ürək, təzyiq və şəkər xəstələri müraciət ediblər. Onların arasında xəstəxanaya yerləşdirilən xəstələr də var. Müraciət edən xəstələrin hər birinə yardım göstərilib. Hazırda heç bir ciddi narahatçılıq yoxdur.

Qeyd edək ki, ötən gecə yerli vaxtla saat 23:48-də Ağdam rayon ərazisində 5.7 bal gücündə zəlzələ baş verib. Zəlzələ digər rayonlarda da hiss olunub.

Zəlzələ episentrdə 6 bal, yaxın yaşayış məntəqələrində isə 3-5 bala qədər hiss olunub. Zəlzələnin dərinliyi 25 km olub.

Xəyalə Məmmədova / METBUAT.AZ

Cərimələr bu gündən başlayır - Sürücülər, DİQQƏT! – OXUMAQ ÜÇÜN TIKLAYIN!

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR