Həririnin Parisə gedəcəyini rəsmən açıqlandı

Fransanın Prezident Aparatı tərəfindən istefa verən Livan Baş naziri Saad Həririnin Parisə səfəri bəradə məlumat verilib.

Metbuat.az-ın məlumatına görə, açıqlamada Həririnin şənbə günü Fransanın paytaxtı Parisə gedəcəyi rəsmən açıqlanıb.

Qeyd edək ki, ötən gün Livan Prezident Aparatı da onun şənbə günü Fransaya səfər edəcəyini açıqlamışdı.

Həriri barədə açıqlama verən Səudiyyə Ərəbistanı xarici işlər naziri Abdul əl Cubeyr ötən gün bildirib ki, Saad Hariri öz iradəsi ilə Səudiyyə Ərəbistanında qalır və istədiyi zaman ölkəni tərk edə bilər: “Həriri həm Səudiyyə Ərəbistanı, həm də Livan vətəndaşıdır, onu hansısa təzyiqlə burada saxlaya bilmərik”.

Rəsmi səfər üçün Səudiyyə Ərəbistanında olan Fransa xarici işlər naziri Jean-Yves Le Drian Həririnin, Fransa prezidenti Emmanuel Makronun təklifini qəbul etdiyini və yaxın günlərdə Fransaya gedəcəyini açıqlamışdı. Parisdə keçiriləcək görüşün regionda gərginlik yaradacağı gözlənilir.

Xatırladaq ki, Livanın Baş naziri noyabrın 3-də Səudiyyə Ərəbistanına səfərə gedib və orada gözlənilmədən postundan istefa verdiyini elan edib. Baş nazir istefasının əsas səbəbi kimi xarici ölkələrin, həmçinin onlarla əlbir olan Hizbullah qruplaşmasının Livanın daxili işlərinə qarışmasını göstərib. Eyni zamanda vurğulayıb ki, həyatı təhlükə altındadır.

Noyabrın 14-də isə Saad Hariri özünün Tvitter səhifəsində Səudiyyə Ərəbistanında könüllü qaldığını və yaxın günlərdə Beyruta qayıdacağını yazıb.

Livan Prezidenti Mişel Aun Saad Haririnin şənbə günü öz ailəsi ilə birlikdə Parisə gedəcəyini bildirib. Baş nazir bir neçə gün orada qaldıqdan sonra Beyruta qayıdacaq.

Günay Elşadqızı / METBUAT.AZ

“Onların fəaliyyəti Azərbaycanın maraqlarına xidmət etmir” - Aydın Mirzəzadə


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR