Ağdam zəlzələdən sonra

Ağdamda baş verən zəlzələ nəticəsində bəzi evlərə ciddi ziyan dəyib.

Sakinlərin sözlərinə görə Üçoğlan kəndində iki ev tam yararsız hala düşüb. 50-60 evdə çatlar əmələ gəlib.
Metbuat.az bildirir ki, fotoqraf Famil Məmmədli Ağdamda zəlzələdən sonra yararsız hala düşən evlərdən birinin fotosunu paylaşıb. Sözügedən fotonu təqdim edirik.

Qeyd edək ki, noyabrın 15-i yerli vaxtla saat 23:48-də Ağdam rayon ərazisində 5.7 bal gücündə zəlzələbaş verib. Zəlzələ digər rayonlarda da hiss olunub. Zəlzələ episentrdə 6 bal, yaxın yaşayış məntəqələrində isə 3-5 bala qədər hiss olunub. Zəlzələnin dərinliyi 25 km olub. Zəlzələ nəticəsində insan itkisi olmasa da evlərə ziyan dəyib.

Azərbaycanda baş vermiş ən güclü zəlzələ - 300 insan ölüb... – Oxumaq üçün tıklayın!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR