Balıq ləvəngisinin hazırlanması

Mövsümü olduğu üçün fərqli balıq yeməkləri hazırlaya bilərsiniz.

Metbuat.az balıq ləvəngisinin hazırlanma qaydasını təqdim edir.

Lazım olan ərzaqlar:

1 ədəd balıq

Yarım stəkan qoz

5 ədəd soğan

Balığın içindəki kürü

Zoğal əzməsi (turşusu)

Cəfəri

Duz, istiot
Hazırlanmasına gəldikdə, balığı təmizləyib duz-istiot vurun. Soğanı blenderdən keçirin. Suyunun tam çəkilməsi üçün tavada qovurun. Qozu da blenderdən keçirin. Daha sonra soğanı, qozu, kürünü, 1 və ya 1,5 xörək qaşığı zoğal əzməsini, duzu, istiotu və xırda doğranmış cəfərini bir-birinə qatıb qarışdırın. Hazırladığınız ləvəngini balığın içərisinə doldurub əvvəlcədən 180 dərəcə qızdırılmış sobada bişirin.


Əvəlik dolmasının hazırlanması - RESEPT


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)