Hadisə qaçqın uşağı övladlığa götürəcək

Türkiyənin məşhur müğənnisi Hadisə övladlığa uşaq götürəcəyini söyləyib.

Metbuat.az Türkiyə KİV-inə isitnadən xəbər verir ki, Türkiyə Milli Pediatriya Dərnəyində suriyalı qaçqın uşaqların problemlərinə diqqət ayırmaq üçün konqres təşkil olunub. Bu konqresdə sənətçi də iştirak edib. O, uşaqları sevdiyini və bir neçə qaçqın uşağını övladlığa götürəcəyini deyib:

“Anamla atamın da bu mövzuda mənə dəsətk olacaqlarına inanıram. Biz dörd bacıyıq və gözəl uşaqlıq keçirmişik. Buna görə bir yox, bir neçə qaçqın uşağı övladlığa götürə bilərəm. Normalda 5-6 uşağımın olmasını istəmişəm”.

Azərbaycanlı müğənni xəyanətdən danışdı - "Xəbəri olmayıb..." - Oxumaq üşün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR