​"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"nin idarələri ləğv edilib

​"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"nin idarələri ləğv edilib
16:07 7 Aprel 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 7 aprel. REPORT.AZ/ "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-də struktur dəyişiklikləri edilib. "Report"un əldə etdiyi məlumata görə, Nazirlər Kabinetinin qərarı ilə qurumun Mənzil Kommunal Təsərrüfat İdarələri (MMTİ) ləvğ edilib.
Qərar əsasında ləvğ edilən MMTİ-lər Bakı şəhər İcra Hakimiyyətinin sərəncamına verilib.
Qeyd edək ki, Mənzil Kommunal Təsərrüfat İdarələrinin ləvğ olunması nəticəsində idarənin əməkdaşları işsiz qalıblar.
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin İnzibati işlər və ictimaiyyətlə əlaqələr Departamenti bu məsələni şərh edərkən bildirib ki, həmin idarələr artıq qurumun balansında olmadığına görə, əməkdaşları da işdən ayrılıblar: "Bəziləri imkan daxilində daxili yerlərdə yerləşdirilib. Amma digərləri kənarda qalıb".
Məlumata görə, MMTİ-lərin ləvği nəticəsində 30-dan çox işçi işsiz qalıb.

Xəbərin orijinal ünvanı: http://report.az/i-nfrastruktur/azerbaycan-xezer-deniz-gemiciliyi-nin-idareleri-levg-edilib1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR