Dünyanın ən yaşlı qadını Gertrud Uiver vəfat edib

16:33 7 Aprel 2015
36 Dünya
Ölkə mətbuatı
A- A+



Bakı, 7 aprel, AZƏRTAC
Bir neçə gün əvvəl 116 yaşını qeyd edən Gertrud Uiver yaşadığı Arkanzas ştatında vəfat edib.
AZƏRTAC Assoşieyted Press saytına istinadla xəbər verir ki, o, ötən həftə 117 yaşlı yapon qadın vəfat etdikdən sonra dünyanın ən yaşlı insanı olmuşdu. 1898-ci il təvəllüdlü G.Uiver qocalar evində ona baxan dayəsinə seçkilərdə iki dəfə Barak Obamaya səs verdiyi üçün onunla görüşmək arzusunda olduğunu söyləmişdi.
Gertrud Uiverin vəfatından sonra dünyanın ən yaşlı qadını 1899-cu il təvəllüdlü amerikalı Ceralin Telli olub. O, mayın 23-də 116 yaşını qeyd edəcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Dunyanin_en_yasli_qadini_Gertrud_Uiver_vefat_edib-844266

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR