İdman sahəsində çalışan həmin qadın iş prosesini müzakirə etmək üçün 74 yaşlı sabiq prezidentin şəxsi qəbulunda olub. İddiaya görə, K.Tavekkio kabinetinin pərdələrini çəkərək ona toxunmaq istəyib.
“Bu, həmin hadisələrdən yalnız biridir. Digər bənzər olaylar barədə də danışa bilərəm”, - deyə həmin qadın bəyan edib.
Zərərçəkmişin öz ifadələrini təsdiqləyən video və audio materiallara malik olduğu deyilir. Məsələni Roma prokurorluğu araşdırır.
Qeyd edək ki, Karlo Tavekkio İtaliya yığması 2018-ci il dünya çempionatına vəsiqə qazanmadığına görə təzyiqlərlə üzləşdiyi üçün postundan istefa verib.