33 siyası partiya maliyyə hesabatını təqdim etməyib

33 siyası partiya maliyyə hesabatını təqdim etməyib
16:12 7 Aprel 2015
37 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanda qeydiyyatdan keçmiş 55 siyasi partiyadan bu günə qədər yalnız 22-si illik maliyyə hesabatını Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilib.

Trend-in məlumatına görə, bu barədə komissiyanın bu gün keçirilən iclasında bildirilib.

Qeyd olunub ki, həmin partiyalar haqqında qanuna uyğun şəkildə müvafiq tədbirlər görüləcək.

MSK sədri Məzahir Pənahov bildirib ki, maliyyə əməliyyatlarının olub-olmamasından asılı olmayaraq, dövlət qeydiyyatından keçmiş siyasi partiyalar illik maliyyə hesabatlarını MSK-ya təqdim etməlidir.

Qeyd edək ki, siyasi partiyalar 2014-cü il üzrə maliyyə hesabatlarını aprelin 1-nə qədər MSK-ya təqdim etməli idi.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/333288.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR