Azərbaycanda gələn ay dollar bahalaşa bilər - 1 AZN ...DOLLAR

Qonşu ölkələrdə yenidən dolların milli valyutalara təzyiqinin artması müşahidə edilir.

İqtisadçı Vüqar Bayramov Metbuat.az-a açıqlamasında bildirib ki, Türkiyədə artıq 1 dollar almaq üçün 4 lirəyə yaxın pul ödəmək lazımdır:

“Yalnız son 1 ay ərzində lirə dollara nisbətən 8%-dən çox dəyər itirib. Rusiyada rubl hələlik dolların təzyiqlərinə davam gətirsə də, son 1 ayda rus pulunun kursu dollara nisbətən 4%-ə yaxın geriləyib. Digər qonşumuz, Gürcüstanda isə lari qeyd edilən dövrdə 3%-ə yaxın dəyərsizləşib.

Manata təsiri

Türkiyə və Rusiyada milli valyutaların məzənnəsinin dəyişməsi manata birbaşa olmasa da, dolayı təsir edir. Söhbət həm iqtisadi, həm də psixoloji təsirlərdən gedir. Belə ki, bu ilin 9 ayında 1.07 milyard dollarlıq qeyri-neft ixracatımızın 223 milyon dolları Türkiyənin payına düşür. Türkiyə qeyri-neft ixracatımızda 336 milyon dollar paya malik olan Rusiyadan sonra ikincidir. Azərbaycanla Türkiyə arasında illik ticarət dövriyyəsi isə 2 milyard 315 milyon dollardır. Bu ümumi ticarət dövriyyəmizin 13 faizindən çoxu deməkdir. Rusiya ilə ticarət dövriyyəmiz 2.05 -milyard dollardır. Bu isə o deməkdir ki, sözügedən iki ölkə Azərbaycanın xarici ticarət dövriyyəsinin ¼-ni formalaşdırırlar. Bu isə kifayət qədər ciddi rəqəmdir.

Qeyri-neft ixracatına təsiri

Qonşularımızda milli valyutaların dəyərsizləşməsi prosesi davam edirsə, bu, həmin ölkələr ilə qeyri-neft ixracatımıza təsirsiz ötüşməyəcək. Çünki həmin ölkələrdə idxal məhsullarının bahalaşması müşahidə ediləcək ki, bu da qeyri-neft məhsullarımızın sözügedən dövlətlərin bazarlarında rəqabət imkanlarını məhdudlaşdıra bilər. Bütün bunlar fonunda öncədən də proqnozlaşdırdığımız kimi, dekabrda dollara tələbin artacağı gözlənilir. Bu dövlət və yerli müəssisələrin və eləcə də bankların xarici borc öhdəlikləri üçün cari maliyyə ilində son ayın olması, idxalın artması, bayramlar ilə bağlı olaraq xarici səfərlərin çoxalması, o cümlədən FED-in qərarı kimi xarici faktorlar ilə əlaqədardır. Buna görə də, qonşu ölkələrdə milli valyutalara olan təzyiq və dekabrda gözlənilən tələb artımı kontekstində Azərbaycan Mərkəzi Bank növbəti aya indidən hazırlaşmalıdır”.

Qarşıdakı 2 günə DİQQƏT: Bakıya yağış, qar gəlir - Az öncə açıqlandı... - Oxumaq üçün tıklayın!

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR