​Vitaliy Mutko: "Azaldılan xərclər siravi azarkeşlərə təsir etməyəcək"

16:37 7 Aprel 2015
32 İdman
Ölkə mətbuatı
A- A+

"Report"un "TASS"a istinadən verdiyi məlumata görə, nazir DÇ-2018-ə mehmanxanaların tikilməsi üçün azaldılan xərclərin sıravi azarkeşlərə təsir etməyəcəyini vurğulayıb.
"2018-ci il dünya çempionatının hazırlıq proqramında dəyişiklik ediləcək. Biz FİFA ilə razılaşmışıq ki, hər bir regionda komandaların, hakim heyətinin, FİFA ailəsinin təmsilçilərinin, FİFA qonaqlarının, jurnalistlərin və s. yerləşdirilməsinə dair təşkilatın minimal tələblərinə riayət edəcəyik" - V.Mutko bildirib.
O, DÇ-dən sonra turnir vaxtı tikiləcək mehmanxanaların istifadəsiz qalmasını istəmədiklərini deyib. Bu səbəbdən nazir hər bir şəhərin öz tələblərini işləyib hazırladığını söyləyib: "Mehmanxanalarla yanaşı, təhsil sisteminə aid yataqxanalardan da istifadə ediləcək. Hər bir region öz proqramı üzrə bu sahədə iş aparır".
Qeyd edək ki, futbol üzrə 2018-ci ildə keçiriləcək dünya çempionatına Rusiya ev sahibliyi edəcək.

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/vitaliy-mutko-azaldilan-xercler-siravi-azarkeslere-tesir-etmeyecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR